Azərbaycan çempionu Qubada müəyyənləşəcək
19.04.2010 - 15:53
Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında yarımfinal mərhələsinin pley-off oyununun aprelin 20-də keçirilməsi qərara alınıb. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilk iki oyunu heç-heçə bitən “Azərreyl” və “Lokomotiv” arasında üçüncü matç Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, bu cütün qalibini həlledici mərhələdə “Rabitə” gözləyir. İkinci finalçı məlum olduqdan sonra isə son mərhələdə qüvvəsini sınayan komandalar Qubaya səfər edəcəklər. Aprelin 25, 27 və 29-da keçirilək oyunlarda mükafatçılar müəyyənləşəcək. Reqlamentə görə, qızıl medal qazanmaq arzusunda olan klub 3 qələbə qazanmalıdır.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0