Yığmamızın kapitanı Rusiya çempionatının finalında - FOTO
23.04.2010 - 10:01
Azərbaycan voleybol yığmasının kapitanı Oksana Parxomenko medal kolleksiyasına daha bir qızıl əlavə edə bilər. Apasport.az saytının məlumatına görə, legioner həyatı yaşayan həmyerlimiz Moskva “Dinamo”sunun heyətində Rusiya çempionatının finalına yüksəlib.
O, “Azərreyl”in heyətində çıxış edərkən məğlub olduğu “Uraloçka”dan heyfini çıxıb. Belə ki, 3 görüşdə əzəli rəqibə qalib gələn Parxomenkonun komandası həlledici mərhələdə iştirak etmək hüququ qazanıb. Onlar bu mərhələdə “Zariçye Odinçeva” ilə qarşılaşacaqlar. Rusiya çempionu mayın 2, 3 və 7-də keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, “Zariçye Odinçeva” finala Natalya Məmmədovanın çıxış etdiyi Dinamo (Krasnodar) məğlub etməklə vəsiqə qazanıb. Məmmədova üçüncü yer uğrunda “Uraloçka” ilə mübarizə aparacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0