Azərbaycan çempionatında final matçının tarixi dəyişdirildi
04.05.2010 - 14:18
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan Super Liqasının final matçının vaxtı dəyişdirilib. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, buna səbəb yığma komandamızın mayın 8-də Avropa çempionatı çərçivəsində İngiltərə ilə keçiriləcək oyun olub. Federasiyanın çıxardığı qərara əsasən, “Azərneft” və “Sərhədçi” komandaları arasında həlledici görüş mayın 10-da olacaq.
Qeyd edək ki, təqvimə əsasən Azərbaycan çempionu mayın 5-də müəyyənləşməli idi.
Qeyd edək ki, təqvimə əsasən Azərbaycan çempionu mayın 5-də müəyyənləşməli idi.
0
0