“Fənərbaxça” italiyalı dünya çempionuna elçi düşüb
04.05.2010 - 15:14
“Fənərbaxça” komandası ulduz voleybolçu ilə heyətini gücləndirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən mövsüm Yekaterina Qamovanı İstanbula gətirən “sarı-lacivərdli” klubun bu dəfə italiyalı Franceska Piççininini sıralarına qatmaq niyyətindədir.
Artıq italiyalı dünya çempionu ilə danışıqlara başlandığını bildirilir. Danışıqları komandaya sponsorluq edən Acıbadem Sağlamlıq Qrupunun sahibi Memet Ali Aydınlar aparır.
31 yaşında olan voleybolçu ilə bir illik müqavilə nəzərdə tutulub. Onun transfer qiyməti 500 min avro qiymətləndirilir.

0
0