Yığmamızın legioneri Azərbaycan klubuna keçir - FOTO
04.05.2010 - 20:01
“Bakıya milli komandanın təlim-məşq toplanışında iştirak etmək üçün gəlmişəm. Qarşıda bizi Avropa çempionatının seçmə oyunları gözləyir. Bu oyunlarda yığmanın şərəfini qoruyacam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının Ukrayna əsilli voleybolçusu Lidiya Maksimenko deyib.
Cari mövsüm Türkiyədə legioner həyatı yaşayan voleybolçu yenidən Azərbaycan klubunda çıxış edə bilər. O artıq bir neçə yerli klubdan təklif aldığını bildirib: “Şərəfini qoruduğum “Yeşilyurt” Türkiyə superliqasını tərk etdi. Bunun bir çox səbəbləri var. Aparıcı voleybolçularımız zədələndiklərindən komanda uğursuzluq zolağından çıxa bilmədi. Mən artıq həmin klubla yollarımı ayırmaq üzrəyəm. Yəqin ki, növbəti mövsüm yenidən Azərbaycan klubunda forma geyinəcəyəm. Bir neçə komandamızdan təklif almışam. Bu təklifləri dəyərləndirib, tezliklə qərarımı verəcəyam”.

0
0