“Qızıl medalları heç də asan qazanmadıq” - FOTO
05.05.2010 - 09:33
“Qızıl medalları heç də asan qazanmadıq” - FOTO
“Cari mövsümü karyeramın uğurlu illərindən hesab etmək olar. Gərgin keçən matçlardan sonra Azərbaycan çempionu adını qazandıq”. Bu fikirləri apasport.az saytına voleybol üzrə Azərbaycan çempionu “Rabitə” klubunun kapitanı Boyana Doganjic deyib.

Voleybolçunun fikrincə, qızıl medallara qovuşmaq heç də asan olmayıb: “Bu, bizə heç də asan başa gəlmədi. Xüsusilə, yarımfinal və final mərhələsi çətin keçdi. Sevindirici haldır ki, ölkə çempionatında bütün komandaların heyəti güclü idi və oyundan əvvəl hansısa klubun qələbə qazanmasını proqnozlaşdırmaq olmurdu”.

Komandada gözəl abı-hava olduğunu bildirən serbiyalı legionerin “Rabitə” ilə müqaviləsi başa çatıb. Lakin o, növbəti mövsümdə də Azərbaycanda çıxış edə bilər. Doganjicin sözlərinə görə, bu məsələyə 2 günə aydınlıq gələcək.
0