Serbiya yığmasının üzvü Azərbaycanda oynamaq istəyir - FOTO
05.05.2010 - 09:41
Serbiya yığmasının üzvü Azərbaycanda oynamaq istəyir - FOTO
“Mövsüm bizim üçün çox uğurlu keçdi. Şadam ki, Azərbaycanda çempion, Avropada isə CEV kubokunun üçüncüsü adını qazandıq. Bu bizə böyük əziyyətlər bahasına başa gəldi. Ötən il bürünc mükafatla kifayətlənsək də, heyətin əsasını təşkil edən voleybolçuların 2 il bir yerdə oynaması uğurlarımızın təməli oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rabitə” voleybol klubunun serbiyalı legioneri Sanya Staroviç deyib.

İl ərzində iki cəbhədə oynamalarının bir qədər çətinlik törətdiyini bildirən Staroviç növbəti mövsümdə hansı komandada çıxış edəcəyini hələ dəqiqləşdirməyib: “Rabitə” ilə müqaviləmin müddəti bitib. Bunun üçün qarşıdakı mövsüm harada oynayacağımı dəqiq bilmirəm. Komanda rəhbərliyi danışıq üçün müraciət edib. Bakıda da qalmaq istəyirəm. Amma hələ qəti qərar verməmişəm”.

Qeyd edək ki, Serbiyanın gənclərdən ibarət yığma komandasının formasını geyinən Sanya Staroviç “Rabitə”də oynadığı vaxtda bu komanda ilə CEV kubokunun bürünc, Azərbaycan çempionatının isə qızıl və bürünc medallarına sahib olub.
0