Əfsanəvi məşqçi Azərbaycanla oyuna hazırlaşır
05.05.2010 - 15:54
Voleybol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Belarus millisi hazırlığını İsraildə davam etdirir. Apasport.az saytının məlumatına görə, bu ölkədə təlim-məşq toplanışında olan əfsanəvi məşqçi Nikolay Karpolun yetirmələri yerli yığma ilə 2 yoldaşlıq görüşü keçirib.
İlk oyunda 1:3 hesabı ilə uduzan rəqibimiz növbəti matçda qələbə qazanıb – 3:2. Həftəsonu daha bir qarşılaşmada qüvvəsini sınayacaq Belarus yığması hazırlığın növbəti mərhələsini vətəndə keçəcək. Onlar Bakıya gələnədək Mogilyovda Ukrayna voleybolçuları ilə 3 yoxlama matçı da oynamağı planlaşdırırlar.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi mayın 28-30-da paytaxtımızda təşkil ediləcək. A qrupunda mübarizə aparacaq Faiq Qarayevin yetirmələrinin rəqibi Bosniya və Herseqovina, Belarus və Gürcüstan komandaları olacaqlar.

0
0