Milli komandamız Avropa çempionatının hazırlıqlarına başladı
06.05.2010 - 09:36
Bu gün voleybol üzrə Azərbaycan yığma komandasının təlim-məşq toplanışı start götürəcək. Apasport.az saytının məlumatına görə, ilk məşqlərdə millimiz tam heyətlə hazırlıq keçməyəcək. Belə ki, Rusiya çempionatı yekunlaşmadığı üçün orada çıxış edən voleybolçularımız komandanın düşərgəsinə mayın 10-da qoşulacaqlar.
Qeyd edək ki, hazırlıqda əsas məqsəd Avropa çempionatının seçmə mərhələsində uğurlu iştirak etməkdir. Faiq Qarayevin rəhbərlik etdiyi komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün Bosniya və Herseqovina, Belarus və Gürcüstan voleybolçularına qalib gəlməlidirlər.

0
0