Natalya Məmmədova: O, sanki bizə kişi voleybolundan dərs deyirdi
06.05.2010 - 12:34
Azərbaycan yığmasının və Krasnodarın “Dinamo” klubunun voleybolçusu Natalya Məmmədova Rusiya çempionatında bürünc medal qazandıqdan sonra yarış haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, millimizin üzvü çempionatın gərgin keçdiyini və son görüşlərdə zədəli çıxış etdiyini deyib.
“Mövsüm çox gərgin keçdi. Son oyunlar xüsusi ağır oldu. Məndə mövsümün sonunda bir sıra köhnə zədələr özünü göstərməyə başladı. Bunun üçün hücumda əsas yük Anna Makarovanın üzərinə düşdü. Biz isə ona kömək etməyə çalışırdıq. Bu “qara iş” yığılan xallar zamanı nəzərə alınmasa da, bürünc medal qazanmağımızda komanda oyununun rolu böyük oldu” – deyə Məmmədova bildirib.
Voleybolçu çempionat başlamazdan əvvəl komandanın baş məşqçisi Mixail Omelçenkonu və yeni çalışdırıcı Yuri Mariçyevi müqayisə etməyib: “Mən, Anna Makarova, Yuliya Merkulova və Yekaterina Kabeşova çempionatın başlamasına bir neçə gün qalmış gəlmişik. Biz gələndə Mixail Omelçenko artıq komandanı tərk etmişdi. Bunun üçün onun iş rejimindən xəbərsizəm. Lakin Yuri Mariçyev çox maraqlı məşqçidir. O, “Dinamo”ya gələnə kimi yalnız kişi komandalarında işlədiyindən, bizlə məşqlərdə də eyni şeyləri tətbiq etməyə çalışırdı. O. sanki bizə kişi voleybolundan dərs deyirdi”.

0
0