Azərbaycan çempionu 3 legionerlə müqavilənin vaxtını artırdı - FOTO
07.05.2010 - 11:10
Azərbaycan çempionu 3 legionerlə müqavilənin vaxtını artırdı - FOTO
Son Azərbaycan çempionu “Rabitə” klubu 3 voleybolçu ilə müqaviləni yeniləyib. Klubdan apasport.az saytına verilən məlumata görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komandanın heyətində növbəti mövsümdə də Boyana Doganjiç, Silviya Popoviç və Sanya Staroviç yer alacaqlar.

Qeyd edək ki, serbiyalı voleybolçulardan kapitan Boyana Doganjiç və Sanya Staroviç artıq 2 ildir çempionun şərəfini qoruyur. Sanya Staroviç isə ötən il paytaxt klubuna transfer olunub.

“Rabitə”nin digər üzvlərinin müqaviləsi isə başa çatdığından onlar sərbəst buraxılıb. Lakin hazırda onların bir neçəsi ilə danışıqlar aparılır.
0