Parxomenko ləngiyir
10.05.2010 - 09:30
Voleybol üzrə qadınlar arasında Rusiya çempionatında final mərhələsinin dördüncü görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanı Oksana Parxomenkonun şərəfinin qoruduğu Moskva “Dinamo”su bu matçda növbəti məğlubiyyətlə üzləşib. Paytaxt klubunun rəqibi “Zariçye-Odençeva” 0:2 hesabı ilə geridə olsa da, son qarşılaşmalarda qələbə qazanaraq status-kvonu bərpa edib. Komandalar arasında beşinci – həlledici oyun mayın 11-də olacaq. Bu dəfə qələbə qazanacaq klub Rusiya çempionu adına layiq görüləcək.
Qeyd edək ki, “Dinamo”da çıxış edən Oksana Parxomenkonun mayın 10-dək kimi təlim-məşq toplanışında olan yığmanın heyətinə qoşulacağı gözlənilsə də, məğlubiyyətdən sonra voleybolçumuzun planları dəyişib. Komandamızın liderinin 3-4 günə Bakıya gələcəyi gözlənilir.

0
0