“Tenerife” klubunun oyunçusu Azərbaycan çempionatında - FOTO
11.05.2010 - 10:59
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Rabitə” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu serbiyalı Mira Qoluboviç və litvalı Olqa Toçko ilə 1 illik müqavilə imzalayıb.
Bu il Rumıniya çempionu olan Qoluboviç “Rabitə”yə pley-off matçlarında 5 oyunluq kömək məqsədi ilə dəvət edilsə də, onun komandaya transfer olunması qərara alınıb. 1976-cı il təvəllüdlü və 188 sm boya malik voleybolçu Azərbaycan çempionundan öncə “Radniçki”, “Yedinstvo”, “Rapid”, “Foppapedretti”, “Despar Peruca”, “Toray”, “Hotel Kantur”, “Tenerife”, “Volero”, “Spartak-Omsk” və “Metal Qalati” klublarında forma geyinib.
Serbiyalı Qoluboviç kimi, litvalı Olqa Toçko da “Rabitə”nin həlledici oyunlarında çıxış edib. 1982-ci ildə anadan olan və 190 sm boya malik Toçko “Villebon”, “Kann”, “Volero”, “Panatinaikos” və “Metal Qalati” klublarının şərəfini qoruyub.
Qeyd edək ki, bununla da paytaxt klubu 5 legionerlə yeni müqavilə bağlayıb. “Rabitə” serbiyalı Mira Qoluboviç və litvalı Olqa Toçkodan öncə Boyana Doganjiç, Silviya Papoviç və Sanya Staroviçin komandada qalma məsələsini həll etmişdi.
Tahir HÜMMƏTOV

0
0