Yığmamızın oyununu idarə edəcək hakimlərin adları açıqlandı
11.05.2010 - 13:39
Yığmamızın oyununu idarə edəcək hakimlərin adları açıqlandı
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının İngiltərədə keçiriləcək cavab görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyunda ədaləti ispaniyalı Rafael Qodoy Alonso və fransalı Yanik Çaladay qoruyacaqlar. Mayın 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, ilk oyunda 3:0 hesabı ilə qələbə qazanan Sahib Əliyevin yetirmələrinə növbəti mərhələyə yüksəlmək üçün 1 setdə qələbə qazanmaq kifayət edəcək.
0