Yığmamızın kapitanı Bakıya gümüşlə qayıdır
12.05.2010 - 09:41
Voleybol üzrə qadınlar arasında Rusiya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, final mərhələsində yığmamızın kapitanı Oksana Parxomenkonun formasını geyindiyi Moskva “Dinamo”su uğursuz çıxış edərək çempionluq şansını dəfn edib.
3 qələbəyə kimi keçirilən final mərhələsinin oyunlarında “Dinamo” voleybolçuları 2:0 hesabı ilə irəlidə olsalar da, son üç matçda “Zariçye-Odinçovo”ya uduzaraq gümüş medalla kifayətləniblər.
Qeyd edək ki, həlledici qarşılaşmaya da paytaxt təmsilçiləri uğurlu başlayıblar. İlk setdə qələbə qazanan Parxomenkonun komandası üçüncü hissənin fasiləsinə irəlidə yollanıb – 2:1. Lakin növbəti 2 setdə üstünlük rəqibin tərəfinə keçib və görüş 3:2 hesabı ilə “Zariçye-Odinçovo”nun xeyrinə başa çatıb.

0
0