Orxan Adnan: Bəlkə də, o mənim azərbaycanlı olduğumu bilmir
12.05.2010 - 23:04
Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasına namizəd, Türkiyənin “Efes Pilsen” klubunun üzvü Orxan Adnan Hacıyevanın apasport.az saytına müsahibəsi
- Azərbaycanda anadan olsanız da, Türkiyədə tanınmağa başladınız. Milli komandamızın meneceri Levent Türknas son illər “Efes Pilsen”də uğurlu çıxışınızı nəzərə alaraq, sizi Azərbaycan yığmasına dəvət edib. Lakin hələ yekun qərarınızı verməmisiniz.
- Bu zədə ilə bağlıdır. Türkiyə çempionatının son matçlarında da zədə məndə problemlər yaradırdı. Az öncə dizimdə cərrahiyyə əməliyyatı aparıldığından, məşqlərdən də kənarda qalmışam. Bunun üçün Azərbaycan millisində oynamağa razılıq versəm də, oyunlara hazır olmayacağam. Yəni, yekun qərar üçün tam sağalmağım lazımdır.
- Atanız Türkiyə yığmasından da dəvət aldığınızı bildirib. Bəlkə bu səbəbdən seçim etmək bir qədər çətindir?
- Hələ rəsmi təklif almamışam. Türklər dünya çempionatına hazırlaşırlar. Amma gələcəkdə “ay-ulduzlu” komandaya çağırıla bilərəm.
- Cari mövsüm “Efes Pilsen”də uğurlu çıxış etdiniz. Lakin komanda ilə müqaviləniz başa çatır. Klubdan ayrılmaq ehtimalı varmı?
- 7 ildir “Efes Pilsen”in şərəfini qoruyuram. Bu mövsüm müqaviləm yekunlaşsa da, yenə Türkiyə Super Liqasında qalmağı üstün tutacağam. Amma hazırda harada oynayacağımı dəqiq bilmirəm. Bir neçə klubla danışıqlar gedir. Bakıda olduğum üçün ancaq telefonla əlaqə saxlayıram. Bundan əlavə, həm də orada çempionat başa çatmayıb. Türkiyəyə getdikdən sonra isə müqavilə məsələsi dəqiqləşəcək. Ola bilər ki, yenə “Efes Pilsen”də qalıb və icarə ilə başqa klubda çıxış edim.
- Növbəti mövsümdə Azərbaycan çempionatında güclü komandalar yaradılarsa və sizə təklif göndərərlərsə, buraya gəlməyə razılıq verərsinizmi?
- Türkiyədə böyümüşəm və orada mənim üçün çox əziyyət çəkiblər. 7 ildir ki, bütün problemlərimin həllində mənə yardımçı olublar. Bunun üçün hələ gəlmək barədə düşünmürəm. Karyeramı Türkiyədə davam etdirmək istəyirəm. Hazırda nə Azərbaycan millisində, nə də çempionatda nəzərəçarpacaq inkişaf yoxdur. Türkiyədə isə basketbola sevgini sözlə ifadə etmək mümkün deyil. Amma həyatdır, bəlkə də, gələcəkdə Azərbaycanda oynadım.
- Ümumiyyətlə, Azərbaycan basketbolçuları ilə əlaqə saxlayırsınızmı?
- Demək olar ki, yox. Onlarla elə də yaxın münasibətlərim yoxdur.
- Bəs Türkiyədə “Fənərbaxça”da forma geyinən Rasim Başaqla necə?
- Onunla 1-2 dəfə görüşmüşəm. Mən Rasimin Bakıda doğulduğunu bilirəm. Bəlkə də, Rasimin mənim azərbaycanlı olmağımdan xəbəri yoxdur.
- Yığma ilə yekun qərarı açıqlayacağınız vaxtı dəqiqləşdirmisiniz?
- Bu qərar zədəm sağaldıqdan sonra açıqlanacaq. Lakin Avropa çempionatı ərəfəsində Türkiyədə yeni çempionat start götürəcək. Bunun üçün müqavilə imzalayacağım klub həmin vaxt təlim-məşq toplanışında olacaq. Ola bilər ki, komanda məni Azərbaycana uzunmüddətli hazırlıq üçün buraxmasın. Belə olan halda, təbii ki, klubun mənafeyini qoruyacağam. Çünki pulu Türkiyədə qazanıram və həyatım ora ilə bağlıdır.

0
0