Türk gözəli Azərbaycan klubunda!
13.05.2010 - 12:57
Türk gözəli Azərbaycan klubunda!
Azərbaycan Super Liqasının bürünc mükafatçısı “İqtisadçı” voleybol klubu növbəti mövsüm üçün ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi heyətə qatmaq istədiyi türkiyəli Filiz Özgürlə danışıqları yekunlaşdırıb.

1985-ci il təvəllüdlü və 185 sm boya malik voleybolçu son mövsümü Türkiyənin I liqa komandası “Bəylikdüzüspor”da keçirib. Paytaxt komandasında forma geyinəcək gənc voleybolçu bu klubdan öncə “Qazi Universiteti”, “Emlak Toki” və “Ereğlispor”da oynayıb.

Keçidini təsdiqləyən voleybolçu bildirib ki, “İqtisadçı”ya türkiyəli menecer, hazırda “Bakı” futbol klubunun vitse-prezidenti Tunc Afşarın vasitəçiliyi ilə gəlir: “Azərbaycanda oynayacaq türk voleybolçu kimi, ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Fikrimcə, hər şey yaxşı olacaq. “İqtisadçı”ya Tunc Afşarın təklifi ilə keçirəm. Yaxın günlərdə rəsmi müqavilə bağlayacam”.
0