Yığma komanda sabahdan tam heyətlə məşqlərə başlayacaq
13.05.2010 - 14:38
Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış üçün hazırlıqlara başlayan voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, məşqlərə liderlərsiz başlayan millimizin heyətinə sabahdan Oksana Parxomenko və Natalya Məmmədova da qoşulacaq. Onların düşərgəyə gec gəlməsində əsas səbəb Rusiya çempionatında final mərhələsində mübarizə aparmaları olub.
Qeyd edək ki, bu gün istirahət edən Faiq Qarayevin yetirmələri mayın 28-30-da paytaxtımızda keçiriləcək qitə çempionatında Bosniya və Herseqovina, Belarus və Gürcüstan komandaları ilə mübarizə aparacaq.

0
0