Türkiyə millisinin sabiq baş məşqçisi Azərbaycan klubunda!
14.05.2010 - 23:24
Türkiyə millisinin sabiq baş məşqçisi Azərbaycan klubunda!
Voleybol üzrə Azərbaycan çempionatının mükafatçıları heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, türkiyəli voleybolçu Filiz Özgürlə danışıqları yekunlaşdıran “İqtisadçı” baş məşqçi postunda da dəyişiklik etməyi qərara alıb.

Belə ki, Super Liqanın bürünc mükafatçısı artıq Türkiyə yığmasının sabiq baş məşqçisi Reşat Yazıçıoğulları ilə razılığa gəlib. Onunla yaxın günlərdə müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, türkiyəli mütəxəssis son mövsümdə “Yaşılyurt” klubunun baş məşqçisi olub. Lidiya Maksimenkonun da çıxış etdiyi klub çempionatda zəif çıxış edib və aşağı liqaya düşüb.
0