“Fənərbaxça”nın lideri komandanı tərk etdi
15.05.2010 - 12:19
“Fənərbaxça”nın lideri komandanı tərk etdi
Voleybol üzrə qadınlardan ibarət “Fənərbaxça” komandası ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm İstanbul klubuna transfer olunan rusiyalı Yekaterina Qamova Türkiyəni tərk edib. Dünyanın ən güclü voleybolçularından hesab olunun, 202 sm boyu olan Qamova “Dinamo” (Kazan) ilə 2 illik yeni müqavilə bağlayıb.

Qeyd edək ki, rusiyalı voleybolçu “Fənərbaxça”da Çempionlar Liqasının “dördlər finalı”nda mübarizə aparıb və dördüncü olub. Bununla yanaşı, Qamova sabiq komandasının heyətində Avropanın ən güclü hücumçusu adını qazanıb.
0