Məşhur türk məşqçinin Bakıya gələcəyi tarix dəqiqləşdi - FOTO
17.05.2010 - 23:04
Məşhur türk məşqçinin Bakıya gələcəyi tarix dəqiqləşdi - FOTO
“Yeni mövsümdə çox güclü komandaya çevriləcəyik. Klubumuzu Avropanın ən güclüsü etmək üçün super transferlər həyata keçirəcəyik. İnanıram ki, Avropada uğurlu çıxışımızla özümüzdən söz etdirəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İqtisadçı” komandasının meneceri Seymur Orucov deyib.

Son mövsümdə “Azərreyl”ə qalib gələrək, Azərbaycan çempionatının bürünc medalının qazanan “İqtisadçı” növbəti ildə komandaya yeni baş məşqçi də dəvət edib. Orucovun sözlərinə görə, 2003-cü ildə Avropa çempionatında Türkiyə yığmasına gümüş medal qazandıran Rəşad Yazıçıoğulları artıq klubun baş məşqçisidir: “Türkiyə millisinin sabiq baş məşqçisi Rəşad Yazıçıoğulları ilə bütün məsələləri həll etmişik. Hazırda fasilə olduğundan, yeni baş məşqçimiz avqustda Bakıda olacaq. Onun yalnız müqaviləyə imza atması qalıb. Yazıçıoğulları kimi, Filiz Özgürü də “İqtisadçı”nın voleybolçusu hesab etmək olar. Özgürlə də danışıqlarımız müsbət həll olunub və o da yalnız müqaviləyə imza atmalıdır. Amma bununla transferlərimizi yekunlaşdırmaq fikrində deyilik. Avropanın aparıcı klublarında çıxış edən güclü voleybolçularla danışıqlarımız davam edir”.
0