“Rabitə” baş məşqçi problemini həll etdi
18.05.2010 - 12:45
“Rabitə” baş məşqçi problemini həll etdi
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Rabitə” voleybol klubu baş məşqçisi Draqutin Baltiçlə müqaviləni uzatmaq qərarına gəlib. Apasport.az saytına məlumatı görə, 2 ildir bu komandanın sükanı arxasında olan serbiyalı mütəxəssislə danışıqlar müsbət yekunlaşıb. Onun öncə klubla vidalaşacağı proqnozlaşdırılsa da, “Rabitə” rəhbərliyi Avropanın ən nüfuzlu yarışında da Baltiçə etibar edəcək.

Qeyd edək ki, paytaxt komandası bütün uğurlarını bu mütəxəssisin rəhbərliyi altında qazanıb. Azərbaycan çempionatında “Rabitə”yə qızıl və bürünc medallar qazandıran Baltiç CEV kubokunda klubu üçüncü etməyi də bacarıb.
0