3 “voleybolçumuz” Serbiya yığmasına çağırıldı
19.05.2010 - 11:18
Voleybol üzrə qadınlardan ibarət Serbiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Draqan Neşiç Avroliqa-2010-da qüvvəsini sınayacaq millinin heyətinə “Rabitə”nin 3 voleybolçusu - Silviya Papoviç, Sanya Staroviç və Nataşa Krsmanoviçi çağırıb.
İlk iki voleybolçu “rabitəçilər”in heyətində Azərbaycan çempionu olduğu halda, Krsmanoviç komandaya yeni cəlb edilib.
Qeyd edək ki, Avroliqada mübarizə aparan komandalar 2 qrupda yarışırlar. “Rabitə”nin voleybolçularının heyətində yer aldığı Serbiya yığması A qrupunda Bolqarıstan, Rumıniya və İngiltərə milliləri ilə mübarizə aparacaqlar. B qrupunda isə Türkiyə, İspaniya, İsrail və Yunanıstan voleybolçuları bir-birini sınağa çəkəcəklər.
2007-ci ildə Avropa çempionatının finalına kimi yüksələn Serbiya yığması İtaliya ilə birlikdə 2011-ci il qitə birinciliyinin həlledici mərhələsinə ev sahibliyi edəcəyindən seçmə mərhələdə iştirak etmirlər.

0
0