Yığma komandamız İtaliya və Çinlə qarşılaşa bilər
20.05.2010 - 10:57
Yığma komandamız İtaliya və Çinlə qarşılaşa bilər
İyulun 4-də voleybolçu qadınlar arasında Rusiyada ənənəvi “Yeltsin kuboku” start götürəcək. Apasport.az saytının məlumatına görə, Yekaterinburqda təşkil ediləcək yarışda ötən il olduğu kimi, bu dəfə də 6 komandanın iştirakı gözlənilir.

Turnir təşkilatçıları “Yeltsin kuboku”nda Rusiya, Azərbaycan, Çin, İtaliya, Hollandiya və Belarus milli komandalarının iştirak üçün razılıq verdiklərini bildiriblər. Reqlamentə görə, yığmalar iki qrupda mübarizə aparacaqlar. Yarışa iyulun 11-də yekun vurulacaq.

Qeyd edək ki, ötən il Faiq Qarayevin yetirmələri “Yeltsin kuboku”nda qrup mərhələsini və yarışı sonuncu pillədə başa vurublar.
0