Əfsanəvi məşqçi Azərbaycan yığmasına qarşı 4 legionerlə çıxır
20.05.2010 - 16:44
Əfsanəvi məşqçi Azərbaycan yığmasına qarşı 4 legionerlə çıxır
Voleybol üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Belarus yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Nikolay Karpol yarışda mübarizə aparacaq heyətə cəmi 4 legioner dəvət edib. Əfsanəvi məşqçi Azərbaycan Super Liqasında 4-cü olan “Azərreyl”in oyunçusu Marina Tumasa da etimad göstərib.

Olqa Palçevskaya (Minçanka), Svetlana Qalkina (Jemçujna Polesya), Anna Şevçenko (Minçanka), Marina Tumas (Azərreyl), Oksana Kovalçuk (Dinamo, Rusiya(Kazan)), Oksana Akcenova (Avtodor-Motor, Rusiya), Yekaterina Zakrevskaya (Atlant-BarQU), Nadejda Molosay (Atlant-BarQU), Anastasiya Miklaşeviç (Kommunalnik), İrina Lebedeva (İndezit, Rusiya), Yuliya Markovskaya (Jemçujna Polesya).

Qeyd edək ki, bu legionerlərdən 3-ü Rusiya, 1-i isə Azərbaycan çempionatında forma geyinir və heç biri son mövsümdə mükafatçılar arasında yer almayıblar.
0