“Qrupda əsas mübarizə Azərbaycan yığması ilə olacaq”
20.05.2010 - 23:04
“Qrupda əsas mübarizə Azərbaycan yığması ilə olacaq”
“Qrupumuz nə qədər asan görünsə də, o qədər mürəkkəb və çətindir. Gürcüstan və Bosniya güclü hesab olunmasalar da, onları qiymətləndirməmək bizə baha başa gələ bilər. Lakin əsas mübarizənin bu yığmalarla deyil, Azərbaycanla gedəcəyi hamıya məlumdur”. Apasport.az saytının xəbərinə görə, bunu voleybolçu qadınlardan ibarət Belarus yığmasının baş məşqçisi Nikalay Karpol deyib.

Avropa çempionatının seçmə mərhələsində rəqibimiz olan Karpol millimizin gözəl oyun nümayiş etdirdiyini bildirib: “Şanslar barədə heç nə deyə bilmərəm. Bu kazino oyunu deyil. Hər şey keçiriləcək oyunlardan sonra müəyyənləşəcək”.

Oyunların çətin keçəcəyini proqnozlaşdıran Karpol komandasının qənaətbəxş formada olduğunu və I mərhələdə uğurlu çıxış edəcəklərini bildirib.

Qeyd edək ki, ikinci mərhələ Azərbaycanda keçiriləcəyindən əfsanəvi məşqçi doğma divarlar arasında maksimum nəticə göstərmək arzusundadır.
0