Azərbaycan milli komandasının sabiq baş məşqçisi vəfat edib
21.05.2010 - 16:17
Azərbaycan milli komandasının sabiq baş məşqçisi vəfat edib
Azərbaycan idmanına ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, voleybol üzrə milli komandamızın sabiq baş məşqçisi Fazil Rzayev 77 yaşında vəfat edib.

1956-cı ildə Azərbaycan komandasının heyətində SSRİ kubokunu qazanan Rzayevin ölkəmizdə voleybolun inkişafında böyük rolu olub. O, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında voleyboldan dərs deyib.

Qeyd edək ki, Fazil Rzayev qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayevin və kişilərdən ibarət yığmamızın sabiq baş məşqçisi Oqtay Musayevin də müəllimi olub.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn edilib.
0