Azərbaycan yığması Avropa çempionatına qələbə ilə başladı - YENİLƏNİB
21.05.2010 - 18:20
Azərbaycan yığması Avropa  çempionatına qələbə ilə başladı - YENİLƏNİB
Belarusun Mogilyov şəhərində voleybol üzrə qadınlar arasında Avropa çempionatının I seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda Bosniya və Herseqovina, Gürcüstan və Belarusla mübarizə aparan Azərbaycan yığması bu gün ilk görüşünü qələbə ilə başa vurub.

Azərbaycan - Bosniya və Herseqovina – 3:0 (25:16; 25:14; 25:22)

I set
Komandamızın üstünlüyü ilə keçən görüşdə voleybolçularımız rəqiblərinə heç bir şans vermirlər. Birinci və ikinci texniki fasiləyə irəlidə yollanan yığmamız 9 top fərqi ilə qələbə qazanır – 25:16.

II set
İkinci hissənin ilk dəqiqələri Faiq Qarayevin yetirmələri üçün çətin keçib. Rəqib birinci setlə müqayisədə bu dəfə komandamıza qarşı müqavimət göstərib. Lakin texniki fasilədən sonra gözəl oyun nümayiş etdirən voleybolçularımız 25:14 hesabı ilə qələbə qazanıb.

III set
Üçüncü set də voleybolçularımızın üstünlüyü şəraitində davam edib. 2:0 hesabı ilə irəlidə olan komandamız meydanda əsl şou göstərib. Gözəl oyun nümayiş etdirərək, hücumda səhvsiz oynayan Faiq Qarayevin yetirmələri 25:22 hesabı ilə rəqibi məğlub ediblər.

Beləliklə, ilk oyununda 3:0 hesabı ilə qələbə qazanan yığma komandamız sabah Gürcüstan voleybolçularını sınağa çəkəcək.
0