“Boyum hündür olduğu üçün məni öpə bilmirdilər” - FOTO
24.05.2010 - 15:57
“Türkiyədə məni çox sevirdilər. “Fənərbaxça”nın təklifi super idi və orada gözəl mövsüm keçirdim. Azarkeşlərin səsləri isə həyatım boyu qulaqlarımdan getməyəcək. Orada klub mənə ev versə də, həmin evdə az yaşadım. Daha çox ən yaxın rəfiqəm və menecerim olan İnessa Qorxmazın evində qalırdım. Rusiya qayıtmağım isə pula görə olmayıb. Dünya voleyboluna yeni ulduz gəlir. “Dinamo”nun 20 yaşındakı voleybolçusu Tatyana Koşelevanı yetişdirmək üçün bu komandanı seçdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri öncə “Fənərbaxça”dan Kazan “Dinamo”suna transfer olunan Yekaterina Qamova deyib.
Rusiya çempionatı ilə Türkiyə Superliqasında böyük fərq görməyən hündürboylu voleybolçu İstanbulda taksilərin də ondan pul götürmədiyini bildirib: “Klubda voleybolçulara şəxsi maşın verilməmişdi. Bunun da səbəbi vardı. Sponsorumuz olan Məhmət Əli Aydınlar avtomobil qəzasında övladını itirmişdi və komandanın bütün üzvlərinə öz balası kimi baxırdı. Belə olan halda, taksilərdən istifadə edirdik. Sürücülərin çoxu isə məndən pul almırdılar. Bu, onların kluba sözlə ifadə edilə bilməyəcək sevgisindən irəli gəlirdi. Boyumun uzun olması səbəbindən isə çox azarkeş ya məni öpə bilmirdi, ya da öpmək üçün əziyyət çəkməli olurdu. Mən komandadan ayrılarkən də rəhbərliyin təklifi fantastik idi. Lakin qərarımı verdim və vətənə qayıtdım. Onlar burada işlərimin yaxşı getməyəcəyi halda, hər zaman geri qayıda biləcəyimi bildirdilər”.

0
0