Bosniya və Herseqovina yığması Bakıda
25.05.2010 - 11:42
Bosniya və Herseqovina yığması Bakıda
Voleybol üzrə qadınlar arasında Avropa çempionatının I seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi Bosniya və Herseqovina yığması Bakıdadır. Bu barədə apasport.az saytına Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Dünən axşam saatlarında ölkəmizə gələn bosniyalılar bu gündən ilk məşqlərinə çıxacaqlar. Onlar paytaxtımızda keçiriləcək Avropa çempionatının II seçmə mərhələsinə federasiyanın idman zalında hazırlaşacaqlar.

Qeyd edək ki, A qrupunda millimizlə yer alan Bosniya və Herseqovina voleybolçuları Mogilyovda baş tutan birinci oyunda Faiq Qarayevin yetirmələrinə 0:3 hesabı ilə məğlub olublar. Komandamızla bərabər Belarusa da uduzan qonaqlarımız yalnız Gürcüstan yığmasına qalib gəlib. Aktivində 4 xalı olan Bosniya və Herseqovina turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
0