Yığma komandamızın görüşündə türkiyəli hakim
26.05.2010 - 10:52
Yığma komandamızın görüşündə türkiyəli hakim
Mayın 28-30-da Bakıda keçiriləcək voleybol üzrə qadınlar arasında Avropa çempionatının II təsnifat mərhələsində Azərbaycan yığma komandasının oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk matçda Azərbaycan və Gürcüstan komandalarının oyununu ukraynalı Gennadi Kundakov və türkiyəli Dəniz Dəmir idarə edəcəklər. Bir gün sonra Faiq Qarayevin yetirmələrini Bosniya və Herseqovina ilə görüşə Dəniz Dəmir və Arnis Kelle (Latviya) çıxaracaqlar. Komandamızın son - Belarusla oyununda ədaləti Gennadi Kundakov və Tiran Şaino (İsrail) qoruyacaqlar.

Qeyd edək ki, A qrupunda mübarizə aparan voleybolçularımız Avropa çempionatının I təsnifat mərhələsində bütün rəqiblərinə qalib gəlib və qrupda 6 xalla vahid liderdir.
0