“İqtisadçı” 2 yığma komandanın ən güclülərini almağı planlaşdırır
26.05.2010 - 13:20
“İqtisadçı” 2 yığma komandanın ən güclülərini almağı planlaşdırır
Bu mövsüm voleybol üzrə Avropa kubokunda Azərbaycanı təmsil edəcək “İstisadçı” növbəti transferini reallaşdıra bilər. Bu barədə apasport.az saytına klubun meneceri Seymur Orucov məlumat verib.

Onun sözlərinə görə, mayın 28-30-da Bakıda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək ölkələrin voleybolçularından güclüləri “İstisadçı”ya cəlb edilə bilər: “Komandaya transferlərimizi davam etdiririk. Ola bilsin ki, paytaxtda təşkil ediləcək Avropa çempionatının seçmə mərhələsinin oyunlarından sonra burada iştirak edən güclü voleybolçuların bir neçəsini “alaq”. Yarış zamanı əsasən Belarus və Bosniya və Herseqovina yığma komandasının oyunçularına xüsusi diqqət yetirəcəyik. Onlardan ən güclülərini almağı planlaşdırırıq. Lakin xoşumuza gələn olmasa, transfer baş tutmaya da bilər”.

Qeyd edək ki, heyətini gücləndirməkdə davam edən “İstisadçı” Türkiyə millisinin sabiq baş məşqçisi Rəşat Yazıçıogulları və “Bəylikdüzüspor”un voleybolçusu Filiz Özgürlə anlaşıb.
0