Milli komandamız İsveçi sınağa çəkəcək
26.05.2010 - 14:15
Bu gün həndbol üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, II qrupda yer Rəfiqə Şabanovanın yetirmələri İsveç millisini qəbul edəcək.
ABU-Arenada keçiriləcək qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası – Silviya Markovska və Yonko Vutov idarə edəcəklər.
İsveç, Macarıstan və Çexiya ilə eyni qrupda yer alan həndbolçularımız 4 turdan sonra sonuncu pillədə qərarlaşıblar. Növbəti mərhələdən əlini üzən Azərbaycan millisi sonuncu oyununda Macarıstana səfər edəcək.
Qeyd edək ki, isveçlilərlə ilk matçda komandamız 11:31 hesabı ilə məğlub olub. Yığmamız həmçinin Çexiya (19:26, 25:37) və Macarıstana (15:31) uduzub.

0
0