Əfsanəvi məşqçi yığmamızın oyununda kəşfiyyatçı rolunda
29.05.2010 - 18:35
Əfsanəvi məşqçi yığmamızın oyununda kəşfiyyatçı rolunda
Paytaxtımızda təşkil edilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının ikinci seçmə mərhələsində komandamızın əsas rəqibi Belarusdur. Apasport.az saytının məlumatına görə, Mogilyovda Azərbaycan voleybolçuları rəqiblərinə 3:0 hesabı ilə qalib gəlsə də, belaruslular bunun əvəzini Bakıda çıxmağı arzusundadırlar. Bu səbəbdən bu gün keçirilən Azərbaycan və Bosniya və Herseqovina komandalarının oyununu əfsanəvi məşqçi Nikolay Karpol da izləyirdi. O, sabah keçirilək qarşılaşmada revanş edərək həlledici mərhələyə yüksələcək komandanın top fərqinə görə müəyyənləşməsini istəyir.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə birinci yerin sahibi birbaşa vəsiqə qazanır. İkinci pillədə qərarlaşacaq yığma isə pley-off görüşü keçirəcək.
0