Yığmamızın lideri üzləşdiyi problemdən danışdı
31.05.2010 - 00:08
Yığmamızın lideri üzləşdiyi problemdən danışdı
“Qrupda qarşıya qoyduğumuz əsas məqsədə nail olduq. Son görüşü də qələbə ilə başa vurduğumuzdan sevincliyəm. Çünki Avropa çempionatına birbaşa vəsiqə qazandıq. Pley-off mərhələsinə qalsaydıq, belə rahatlaşmazdıq. Artıq Avropa çempionatının final mərhələsinə hazırlaşmaq olar. Bütün Azərbaycan xalqının bu qələbə münasibəti ilə təbrik edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova deyib.

Komandamızın lideri oyunlara zədəli çıxsa da, zədəsinin ciddi olmadığını deyib: “Çiynimdə ağrılar var. Lakin bu zədə o qədər də ciddi deyil. Artıq fasilələr yarandı və bu zədənin müalicəsi ilə məşğul ola bilərəm”.
0