Maksimenko: Toyumuz iyulda Ankarada olacaq
31.05.2010 - 09:51
“Qrup mərhələsindən finala birbaşa yollanacağımızı gözləyirdim. Hələ püşkatmadan sonra oyunların yığmamız üçün asan keçəcəyini müəyyənləşdirmişdim. Düzdür, Belarus voleybolçuları komandamız üçün əsas rəqib hesab edilsə də, onlarla xüsusi haqq-hesabımız var idi. Rəqibdən əvvəlki qarşılaşmalardakı məğlubiyyətin əvəzini çıxmaq üçün məqam gözləyirdik. Mənim üçün sevindirici haldır ki, bunu artıqlaması ilə bacardıq. Biz planlaşdırdığımız kimi qrup qalibi olduq və Avropa çempionatının həlledici mərhələsinə yüksəldik. Seçmə mərhələdə 6 oyun keçirərək hamısında qələbə qazandıq və heç bir rəqibə 1 set də olsun güzəştə getmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında voleybol üzrə Azərbaycan yığmasının üzvü Lidiya Maksimenko deyib.
Maksimenko bildirib ki, bu uğurun davamı üçün səylə çalışacaqlar. Yığmadakı karyerasından fərqli olaraq, növbəti mövsümdə hansı klubda çıxış edəcəyini müəyyənləşdirməyən voleybolçumuz artıq toy barədə düşünür: “15 gündən sonra milli komanda yenidən bir araya gələcək. Lakin millidə əsas heyətdə yer alsam da, hələ hansı klubun formasını geyinəcəyim dəqiqləşməyib. Təlim-məşq toplanışından sonra isə toyuma hazırlaşacağam. Artıq toyun məkanı müəyyənləşib. Nişanlı olduğum insanla iyulda Ankarada toy edəcəyik”.
Qeyd edək ki, Maksimenko “Qalatasaray”ın voleybolçusu ilə ailə həyatı quracaq.

0
0