“Azərbaycan, İtaliya, Rusiya və Türkiyədən təklif almışam”
31.05.2010 - 13:53
“Azərbaycan, İtaliya, Rusiya və Türkiyədən təklif almışam”
“Ötən il çıxış etdiyim Krasnodar “Dinamo”su ilə müqaviləmin vaxtı bitib. Lakin növbəti mövsümdə hansı komandanın formasını geyinəcəyimlə bağlı qəti qərar verməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında voleybol üzrə Azərbaycan yığmasının lideri Natalya Məmmədova deyib.

Komandamızın aparıcı üzvü Azərbaycanla birgə 4 ölkədən rəsmi təklif aldığını təsdiqləyib. O, hazırda bu ölkələrin komandalarının təklifləri arasında seçim edir: “Məni Azərbaycan, İtaliya, Rusiya və Türkiyə klubları öz heyətlərinə qatmaq üçün menecerimə müraciətlər ediblər. Hazırda bu təklifləri nəzərdən keçirirəm. Təbii ki, ölkəmizə qayıtmağım da mümkündür. Lakin seçimimi edərkən komandaların Avropa kuboklarında iştirakını və hansı yerlər uğrunda mübarizə aparacağını nəzərə alacağam. Bununla yanaşı, transferimdə maliyyə məsələləri də rol oynayacaq”.

Qeyd edək ki, Natalya Məmmədovanı Azərbaycan çempionu “Rabitə” heyətinə qatmaqda maraqlıdır.
0