Yığmamızın üzvü rəsmən A seriyasında
01.06.2010 - 00:34
Qadın voleybol yığmamızın və "Lokomotiv" klubunun oyunçusu Kseniya Kovalenko gələn mövsüm legioner həyatı yaşamalı olacaq. Apasport.az saytının xəbərinə görə, buna səbəb onun İtaliya A seriyasında çıxış edən "Urbino" klubu ilə anlaşmasıdır. Ötən mövsümü 5-ci pillədə başa vuran "Urbino" klubu yeni mövsümdə "Çhallenqe" kubokunda təmsil olunacaq.
Yeri gəlmişkən, Kovalenko "Urbino" ilə yanaşı, başqa klublardan da təklif alıbmış. Lakin o İtaliya klubunda çıxış etməyə üstünlük verib.
Yeri gəlmişkən, Kovalenko "Urbino" ilə yanaşı, başqa klublardan da təklif alıbmış. Lakin o İtaliya klubunda çıxış etməyə üstünlük verib.
0
0