Natalya Məmmədova seçmə mərhələnin lideridir
01.06.2010 - 13:34
Natalya Məmmədova seçmə mərhələnin lideridir
Voleybol üzrə qadınlar arasında keçirilən Avropa çempionatında A qrupunun bombardiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu ada Azərbaycan yığmasının lideri Natalya Məmmədova layiq görülüb. O, 6 oyunda 100 dəqiq zərbə vurub.

Komandamızın heyətində də ən çox xal qazanan Natalyanı gənc voleybolçumuz Polina Rəhimova izləyir. Rəhimova Məmmədovadan 31 xal az toplayıb. Yığmamızda üçüncülük Kseniya Kovalenko məxsusdur. Növbəti mövsümdə A seriyasında mübarizə aparacaq voleybolçumuz 47 xala sevinib.

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri A qrupunda Belarus, Gürcüstan və Bosniya və Herseqovinaya qalib gələrək final mərhələsində iştirak hüququ qazanıb.
0