Milli komandamızın üzvü Türkiyəyə yollandı
09.06.2010 - 16:19
Voleybol üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Natavan Qasımova Türkiyəyə gedib. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumatına görə, voleybolçumuzun qardaş ölkəyə səfəri bir müddət əvvəl aldığı zədəsi ilə bağlıdır. Ayağında ciddi problemləri olan həmyerlimiz bu həftə cərrahiyə əməliyyatı olunacaq.
Qeyd edək ki, Qasımova “Azərreyl” klubunun da şərəfini qoruyur.
Qeyd edək ki, Qasımova “Azərreyl” klubunun da şərəfini qoruyur.
0
0