Azərbaycan yığması sanksiyadan qaçdı
10.06.2010 - 14:31
Azərbaycan yığması sanksiyadan qaçdı
İyunun 28-dən iyulun 3-dək Ermənistanda basketbol üzrə qadınlar arasında Avropa çempionatının C divizionunun oyunları keçiriləcək. Bu yarışda Azərbaycan yığma komandası da iştirak üçün sifariş ərizəsi versə də, çempionatın düşmən ölkədə təşkil edilməsi səbəbindən səfərə yollanmayacaq. Azərbaycan Basketbol Federasiyasından apasport.az saytına verilən məlumatına görə, Avropa çempionatından imtina edən qadınlardan ibarət milli komandamızı heç bir sanksiya və ya cəza gözləmir.
Federasiya rəsmilər bununla bağlı beynəlxalq qurumu məlumatlandırıblar və yarışa getməmək üçün icazə alıblar.

Qeyd edək ki, C divizionunda mübarizə aparan Azərbaycan komandası Uels, Şotlandiya və Malta basketbolçuları ilə B qrupunda yer almışdı.
0