Azərbaycanda işləyən məşqçi Braziliya yığmasında!
16.06.2010 - 17:14
2003-2007-ci illərdə “Azərreyl” klubunda məşqçi işləmiş türkiyəli Kamil Söz qadın voleybolçulardan ibarət Braziliya yığmasında çalışacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq üzvü Yelena Şavovtanın həyat yoldaşı olan Söz “Fənərbaxça”da olduğu kimi, Braziliya yığmasında da Ze Robertonun (Roberto Lages Guimaraes) köməkçisi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Kamil Sözün məşqçilər korpusunda yer aldığı “sambaçılar” oktyabrın 29-dan noyabrın 14-ə kimi Yaponiyada keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlaşır.
Qeyd edək ki, Kamil Sözün məşqçilər korpusunda yer aldığı “sambaçılar” oktyabrın 29-dan noyabrın 14-ə kimi Yaponiyada keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlaşır.
0
0