Azərbaycan yığması “Yeltsin kuboku”na getmədi
17.06.2010 - 11:45
Azərbaycan yığması “Yeltsin kuboku”na getmədi
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Rusiyada keçiriləcək ənənəvi “Yeltsin kuboku”nda iştirak etməyəcək. Azərbaycan Voleybol Federasiyasından apasport.az verilən məlumata görə, buna səbəb voleybolçularımızın zədə problemi ilə üzləşməsidir. Belə ki, millimizin heyətində Natalya Məmmədova, Oksana Parxomenko və Natəvan Qasımova komandamıza kömək etmək gücündə deyillər.

Qeyd edək ki, iyulun 11-də start götürəcək yarışda Faiq Qarayevin yetirmələri Rusiya, Çin, İtaliya, Hollandiya və Belarus yığmaları ilə qarşılaşa bilərdilər.
0