Azərbaycandan təklif aldı, “Levski”dən ayrıldı
17.06.2010 - 14:20
Azərbaycandan təklif aldı, “Levski”dən ayrıldı
Bolqarıstanın “Levski-Sikonko” klubu baş məşqçisini itirib. Apasport.az saytının məlumatına görə, qadın voleybolçulardan ibarət komandanı çalışdıran Plamen Xristov tutduğu vəzifədən istefa verib.

Buna onun Azərbaycandan cəlbedici təklif alması səbəb olub. Tanınmış israilli menecer Noziklə əməkdaşlıq edən mütəxəssis məhz ölkəmizdə çalışmaq naminə “Levski-Sikonko”dan ayrılmağa qərar verib. Ona təklif göndərən klubun adı isə hələlik açıqlanmır. Xristovun onu axtaran bolqarıstanlı həmkarlarımızın zənglərini də cavabsız qoymasından çalışdırıcının artıq Bakıda olduğunu ehtimal etmək olar.
0