Türkiyə və İsrail komandalarının oyununa qadağa qoyuldu!
18.06.2010 - 10:13
Türkiyə və İsrail komandalarının oyununa qadağa qoyuldu!
Avropa Voleybol Konfederasiyası qadınlar arasında Avropa Liqasında keçirilməli olan Türkiyə və İsrail komandalarının oyununu təxirə salıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq qurum bu ölkələr arasında yaranan son hadisələri nəzərə alaraq, qarşılaşmanın başqa ölkədə və azarkeşsiz keçirilməsinə də zəmanət verilmədiyindən bu addımı atmaq məcburiyyətində qalıb. Nəticədə Avropa Voleybol Konfederasiyası hər iki oyunda ev sahiblərinin aktivinə 3:0 hesablı qələbə yazılacağını bəyan edib.
Qeyd edək ki, Fələstinə yardım aparan Türkiyə gəmilərinin İsrail hərbçiləri tərəfindən atəşə tutulması səbəbindən 2 ölkə arasında problemlər yaşanır.
0