Azərbaycan yığmasına namizəd oyunçu türklərlə müqaviə bağladı
18.06.2010 - 15:16
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasına dəvət olunan Orxan Adnan Hacıyeva şərəfini qoruduğu “Efes Pilsen” klubunu tərk edib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı basketbolçu Türkiyənin digər klubu – “Türk Telekom”a transfer olunub.
Komandanın basketbol bölməsinin rəhbəri Gökhan Bozkurt müqavilə imzalama mərasimində 21 yaşlı Hacıyevanın Ankara komandasına gəldiyi üçün çox şad olduqlarını bildirib: “Komandamız növbəti mövsümdə yeni heyətlə mübarizə aparacaq. Əsasən gənclərə bel bağlayacağıq. Hacıyevanın da 21 yaşı var və onun klubumuza böyük xeyir verəcəyinə inanıram. O tamaşaçıların alqışını qazana biləcək oyun nümayiş etdirir”.
Qeyd edək ki, Orxan Adnan Hacıyeva Türkiyədə həmçinin icarə əsasında ikinci dəstədə “Pertevnuyal” və “Darüşşafak” klublarında forma geyinib.

0
0