Püşk atıldı: Azərbaycan çempionu “Partizan”la qarşılaşacaq!
19.06.2010 - 15:00
Bu gün Lüksemburqda voleybol üzrə kişi və qadınlar arasında CEV kuboku və “Çelenc Cup”da iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, püşkatmada Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.
Komandalarımızın reytinqi onların CEV kubokunda iştirak etməsinə əngəl olub. Nəticədə 4 paytaxt klubu “Çelenc Cup”da qüvvəsini sınayacaq.
Belə ki, kişilər arasında Azərbaycan çempionu “Azərneft” I mərhələdən mübarizəyə qoşulacaq. Bu mərhələdə voleybolçularımızın rəqibi Serbiyanın “Partizan” klubu olacaq. Komandamız ikinci təsnifat mərhələsinə yüksələcəyi halda, Rusiya “Fakel”i ilə qarşılaşacaq. I təsnifat mərhələsinin oyunları oktyabrın 16-ı və ya 17-i, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.
Qadınlar arasında ölkə çempionatının bürünc mükafatçısı “İqtisadçı” və dördüncüsü “Azərreyl” də yarışa “Azərneft” kimi ilkin təsnifat mərhələsindən qoşulacaq. Rəşad Yazıçıoğullarının rəhbərlik edəcəyi komanda birinci oyunda Bosniya və Herseqovinanın “Kula” komandası ilə görüşəcəklər. Onlar növbəti mərhələyə yüksələrsə, burada Rumıniyanın SCMU klubu ilə üz-üzə gələcəklər.
Ölkəmizin ən köklü komandalarından hesab olunan “Azərreyl”in rəqibi isə Maltanın PAOLA Hibs kollektivi olacaq.
Azərbaycan çempionatının gümüş mükafatçısı “Lokomotiv” yarışa ikinci mərhələdən başlayacaq. “Dəmiryolçular” ilk oyunda Rusiyanın “Omiçka” klubunu sınağa çəkəcəklər.
Qadınlar arasında “Çelenc Cup”da I təsnifat mərhələsinin oyunları oktyabrın 9-u və ya 10-u, cavab görüşləri 1 həftə sonra baş tutacaq. İkinci təsnifat mərhələsinin görüşləri isə 7-9 və 14-16 dekabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi CEV kuboku və “Çelenc Cup”da yarışlarında 35 ölkənin 139 klubu qalib adı uğrunda mübarizə aparacaq.

0
0