“Azərreyl” daha 3 voleybolçu ilə anlaşdı
21.06.2010 - 10:40
“Çağırış kuboku”nun I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Azərreyl” daha 3 voleybolçu ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığma komandasının üzvləri – Valeriya Korotenko, Şəfəq Kərimova və Aynur Kərimova növbəti mövsümdə də paytaxt komandasının şərəfini qoruyacaq.
Bu voleybolçulardan əvvəl millimizdə forma geyinən Polina Rəhimovanı da heyətə qatan “Azərreyl”də baş məşqçi məsələsinə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.
Qeyd edək ki, son mövsümdə türkiyəli mütəxəssis Adnan Kistakın çalışdırdığı komanda “Çağırış kuboku”nda Maltanın PAOLA Hibs klubu ilə qarşılaşacaq.

0
0