Bebi Azərbaycanda oynayacaq!
22.06.2010 - 12:30
Bebi Azərbaycanda oynayacaq!
Son mövsümü “Əczaçıbaşı” klubunda keçirən Türkiyə yığmasının sabiq üzvü Natalya Hanıkoğlu karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin milliləşdirilmiş voleybolçusu “Azərreyl”lə 1 illik müqavilə imzalayıb.

Bebi ləqəbli Hanıkoğlu Türkiyə ilə yanaşı, Rusiya yığmasının da şərəfini qoruyub. 1975-ci il təvəllüdlü Natalya 190 sm boya malikdir.

Dəfələrlə Azərbaycan millisinə qarşı oynamış Hanıkoğlu voleybola 8 yaşında başlayıb. Rusiyada MOİK və “Odinçova”, İtaliyada “Ankona”, Türkiyədə “Kocelispor” və “Əczaçıbaşı” klublarının şərəfini qoruyub. Türkiyə gələnədək Rusiya millisində qüvvəsini sınasa da, Hakan Hanıkoğlu ilə ailə qurduqdan sonra “ay-ulduzlu” yığmanın uğurları üçün çalışıb.

Qeyd edək ki, “Azərreyl” Natalya Hanıkoğludan öncə Polina Rəhimova, Valeriya Korotenko, Aynur Kərimova və Şəfəq Kərimova ilə də müqavilə imzalayıb.
0