Fəridə Rəsulova: Ehtiyatda oturmaq istəmirəm!
23.06.2010 - 16:59
“5 il şərəfini qoruduğum paytaxt klubu ilə vidalaşmışam. Buna səbəb mənim oynamaq istəyimdir. Artıq ehtiyatda oturmaq istəmirəm. Bu, qəti qərarımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rabitə” klubu ilə Azərbaycan çempionu adını qazanan Fəridə Rəsulova deyib.
Rəsulova hələ heç bir komanda ilə müqavilə bağlamasa da, mövsümün startına kimi yeni kluba transfer olunacağına əmindir: “23 yaşımın tamam olmasına az qalıb. Bir neçə ildir ehtiyatda qalıram, meydana isə hərdən çıxıram. Bunun üçün elə bir komandada oynamaq istəyirəm ki, mənə güvənsinlər. Əsas heyətə düşmək üçün intensiv məşqlər edirəm. Oyunlara çıxaraq, təcrübəmi artırmaq istəyirəm. Fikrimcə, növbəti mövsümə kimi belə klub tapacağam”.
Qeyd edək ki, avqustda çimərlik voleybolu üzrə Avropa çempionatına (23 yaşa kimi) hazırlaşan Azərbaycan yığma komandasının sabiq üzvü iyulda Türkiyədə keçiriləcək beynəlxalq turnirdə də qüvvəsini sınayacaq.

0
0